İsmayıllı bələdiyyəsinin növbəti iclası keçirilib
İsmayıllı bələdiyyəsinin növbəti iclası keçirilib
“İsmayıllı bələdiyyəsinin növbəti iclası keçirilib”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Qüdrət Kazımov bildirib.
İclasda gündəlikdəki məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sədr qeyd edib ki, iclasda əmək haqqı və kommunal ödənişlərin ayrılması, tədbirlər planında yaxın zamanı əhatə edən məsələlərin həyata keçirilməsi, habelə yanğın təhlükəsizliyi ilə əlaqədar əhali, fermer və sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması işinin təşkili müzakirə edilərək qərarlar qəbul edilib.
Sədr bildirib ki, hər dəfə olduğu kimi bu dəfə də müzakirələrdə bələdiyyə üzvləri aktiv şəkildə iştirak ediblər.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/