SİYASƏT

Fuad Hüseyn: İraqın Azərbaycanla münasibətləri coğrafiya, mədəniyyət və din ortaqlığına əsaslanır

İraq və Azərbaycan arasındakı münasibətlər yeni deyil, bu əlaqələr keçmişə gedib çıxır.

“Report”un məlumatına görə, bunu Bağdadda xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında İraqın XİN rəhbəri Fuad Hüseyn bildirib.

İraqlı nazir qeyd edib ki, Azərbaycan İraqla coğrafi olaraq yaxındır – eyni regionda, eyni mədəni və dini müstəvidə yerləşir ki, bu da münasibətləri daha möhkəm edir.

“Biz bu gün ticari-iqtisadi münasibətlərimizi qururuq”, – o bildirib.

Azərbaycan XİN başçısının səfərinə toxunan F.Hüseyn, ikitərəfli gündəliyin bir sıra aktual məsələlərinin müzakirə edildiyini söyləyib: “İraq Azərbaycanın bir çox sahələrdə, o cümlədən həm regional, həm də dünya siyasətində rolunu yüksək qiymətləndirir”.

Bundan əlavə, İraq XİN başçısı ölkənin Qoşulmama Hərəkatında liderliyi, Bakıda 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi məsələlərinə xüsusilə toxunub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir