İDMAN

Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir

Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir.

Bu barədə “Report”a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına Gürcüstan millisi də qoşulub.

Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025” turniri mayın 16-21-i aralığında baş tutacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir