Mart ayının 21-də Qərbi Azərbaycanın Paşalı rayonu Gabud kənd icmasının sədri Tural Abbasov, Gabud kənd icmasının Oğuz rayon nümayəndəsinin rəhbəri Yaqub Abbasov və Ağsaqqallar Şurasının sədri Lətif Abbasovun iştirakı ilə bayram görüşü keçirilib. Görüş zamanı Novruz bayramı münasibətilə təbriklər səsləndirilib və gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
bdmxeber.az xəbər verir ki, bundan əlavə, Gabud kəndinin ən yaşlı sakini olan Bəsti Abbasova baş çəkilib. İcma adından ona təbriklər çatdırılıb və səmimi söhbət edilib. Bəsti Abbasovun kəndin tarixində və ictimai həyatında oynadığı rol xüsusi vurğulanıb, ona uzun ömür və cansağlığı arzulanıb.
Görüşün sonunda Qərbi Azərbaycanın Paşalı rayonu Gabud kənd icmasının Oğuz rayon nümayəndəsi və Ağsaqqallar Şurasının sədri ilə birlikdə Bəsti Abbasovla yenidən səmimi söhbət aparılıb. Həmçinin görüşün xatirəsinə fotolar çəkilib.
Bu görüş Qərbi Azərbaycanın Paşalı rayonu Gabud kənd icmasının illik tədbirlər planının bir hissəsi olaraq təşkil edilib və icma üzvlərinin birlik və həmrəyliyini daha da gücləndirmək məqsədi daşıyıb.