QƏRBİ AZƏRBAYCAN

Salyan rayonunun Qarabağlar kəndində Qərbi Azərbaycanın Paşalı rayonu Terp kəndindən olan soydaşlarımızla görüş keçirildi

15 mart 2025-ci il tarixində Salyan rayonunun Qarabağlar kəndində əslən Qərbi Azərbaycanın Paşalı rayonu Terp kəndindən olan bir qrup soydaşımızın iştirakı ilə görüş keçirildi. Görüş Paşalı rayonu Terp kənd icmasının təşkilatçılığı ilə baş tutdu.

bdmxeber.az xəbər verir ki, tədbirin əsas məqsədi Terp kəndindən olan bir qrup sakinə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqəsinin təqdim olunması idi. Görüş Salyan rayonu Qarabağlar 1 nömrəli kənd orta məktəbinin konfrans zalında keçirildi.

Tədbiri giriş sözü ilə açan Paşalı rayonu Terp kənd icmasının sədri Ceyhunə Şirəliyeva bütün iştirakçıları salamlayaraq tədbirin mahiyyəti haqqında məlumat verdi. O, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi üçün bir dəqiqəlik sükut elan etdi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Ceyhunə Şirəliyeva çıxışında Qərbi Azərbaycandan – doğma yurdlarından deportasiya olunmuş Terp kənd sakinlərinin vətənə olan bağlılığından danışdı. O, icma olaraq Terp kənd camaatı ilə daim əlaqə saxladıqlarını və “Vətənə Qayıdış” konsepsiyası çərçivəsində onları maarifləndirməyin əsas hədəflərindən biri olduğunu vurğuladı.

Daha sonra Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon İcmasının sədri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev çıxış edərək bildirdi ki, Paşalı İcması kənd icmaları ilə sıx əməkdaşlıq edir. O, Qərbi Azərbaycan İcmasının müəyyən etdiyi məqsədyönlü siyasətin icrası barədə geniş məlumat verdi. Xudayev qeyd etdi ki, əsas məqsədlərdən biri bütün kənd icmalarının sistemli şəkildə fəaliyyətini təşkil etmək və bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsinə dəstək verməkdir.

Daha sonra Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma sədr müavini, iş adamı Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı üzrə koordinatoru İman Məmmədov, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İstisu İcmasının sədri Alı Safolu (Alıyev), AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Terp kənd icmasının idarə heyətinin üzvü Ceyhun Ağayev (Şakiroğlu), Keşkənd rayonu Amağu kənd icmasının sədri Elmira Hüseynova, Afət Şahverdiyeva və Ceyhun Şahverdiyev çıxış edərək Qərbi Azərbaycana qayıdış prosesində qarşıya qoyulan vəzifələrdən danışdılar. Onlar qeyd etdilər ki, bu proses dayanmadan davam etdirilməli, təbliğat və təşviqat işləri gücləndirilməlidir.

Daha sonra Terp kənd icmasının sədri Ceyhunə Şirəliyeva çıxış edərək Terp kəndindən olan Hüsnü Budaq oğlu Həsənova, Natiq Mirəziz oğlu Qasımova, Kərəm Bəhmən oğlu Muradova, Kəmənd Səmənd oğlu Rüstəmova və Tağıyeva Gülarə Əkbər qızına söz verdi. Çıxışçılar onlara göstərilən diqqət və qayğıya görə başda ölkə rəhbəri cənab İlham Əliyevə, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkür etdilər.

Tədbirin sonunda Qərbi Azərbaycanın Paşalı rayonu Terp kəndindən olan bir qrup sakinə – Anar Əli oğlu Həsənova, Hüsnü Budaq oğlu Həsənova, Rövşən İsgəndər oğlu Şirinova, Natiq Mirəziz oğlu Qasımova, Kərəm Bəhmən oğlu Muradova, Fuad Kərəm oğlu Muradova, Seyid Rza oğlu Hüseynov (Seyid Əsgər) (vəfat edib) və Nəcəf Kərimov Fəxrəddin oğluna Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri təqdim olundu.

Sonda xatirə şəkli çəkildi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir