Yardım proqramı bələdiyyənin iştirakı ilə həyata keçirilib
Yardım proqramı bələdiyyənin iştirakı ilə həyata keçirilib
Türkiyə Qızıl Ay Cəmiyyəti təşkilatçılığı və Xəzər rayonu Şüvəlan bələdiyyəsinin iştirakı ilə Ramazan günlərində qəsəbənin 30 imtiyazlı və aztəminatlı sakininə ərzaq yadrımı göstərilib.
Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Layihə təşkilatın “Ürəyimiz bir, süfrəmiz bir “ şüari ilə həyata keçirilən qida yardımı proqramı çərçivəsində həyata keçirilib.
Türkiyə Qızıl Ay Cəmiyyətinin əməkdaşları bu əməkdaşlıqdan məmnun qaldıqlarını və Şüvəlan bələdiyyəsinə layihənin icrasında göstərdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər.
Belediyye.info