Telman Süleymanov: “Seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq””
Telman Süleymanov: “Seçicilərimizə verdiyimiz sözü tutmaq üçün var qüvvəmizlə çalışırıq””
“Azərbaycan
bələdiyyə sistemi Ümummilli lider Heydər Əliyevin yadigarlarından biridir. Bu gün bələdiyyələrə
seçilən hər bir üzv və sədr bu sistemin inkişafı və cəmiyyətdə nüfuzunun artması
və ən əsası seçicilərinə verdikləri sözü tutmaq üçün var qüvvəsi ilə çalışır və
çalışmalıdır. Hər zaman olduğu kimi bu gündə bələdiyyədə şəffaflığın təmin
edilməsi, vergiödəyiciləri ilə bələdiyyənin
vergi xidməti arasında qarşılıqlı etimadın yüksəldilməsi, habelə bələdiyyə-icra
münasibətlərinin sivil müstəvidə inkişafı hazırda Şüvəlan bələdiyyəsinin əsas hədəfləri
hesab edilir”- bu fikirləri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri Telman
Süleymanov bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə keçirilən görüşdə
bildirib.
Sədr
qeyd edib ki, ötən beş ilə nəzər yetirsək
görərik ki, ilk illəri pandomiyanın çətin və ağır illərinə təsadüf etsə də, sonradan bələdiyyənin kollektivi
özünü toparlayıb sakinlərinə lazımı xidməti göstərə bildi. Və nəticə etibari ilə
Şüvəlan bələdiyyəsinin vergi xidməti orqanının sistemli fəalyyəti sayəsində büdcə gəlirlərində 38
faiz artım müşahidə olundu.
Hazırda
bələdiyyənin vergi xidməti orqanı tərəfindən vergi-uçot sistemi daim təkmilləşdirilir.
Vergi xidməti vergi ödəyicilərinə vergi borclarının ödənilməsi üçün bir tərəfdən
sakinlərlə görüşlər keçirir, digər tərəfdən SMS göndərir və bildirişləri paylayır.
Bununla yanaşı BAMS-ın Əmlak Məsələləri
Dövlət Xidmətinin məlumat sisteminə inteqarsiya edilməsi bələdiyyəyə əlavə stimul verib.
Sədr görüşdə bir daha qeyd edib
ki, büdcə gəlirlərinin artımının
hesabına qəsəbə ərazisində bələdiyyə tərəfindən
həyata keçirilən layihələrin həm həcmi, həm də keyfiyyəti artıb.
Bu
gün hava şəraiti ilə bağlı yaranmış vəziyyətdə bələdiyyə də kənarda qalmadı.
Bacardığı dəstəyi müvafiq orqanlara göstərdi. Hazırda bələdiyyə-icra münasibətləri
sivil müstəvidə qurulduğundan qarşılaşdığımız problemlərin həlli də sürətli şəkildə
öz həllini tapır.
Görüşdə
iştirak edən bələdiyyənin yeni seçilən sədr müavini Rəqsanə Əliyeva, vergi xidmətinin
rəhbəri Rizvan Rəhimov, bələdiyyənin mühasibi Gülər Məmmədova və bələdiyyə
qulluqçusu Günay Əliyeva hər biri bələdiyyənin
fəaliyyəti ilə bağlı öz təklif və tövsiyələrini qeyd etdilər.
Görüşdə
iştirak edən “Bələdiyyələrin fəaliyyətinin
təbliği” İctimai birliyin sədri Vüqar Tofiqli bələdiyyənin üzv və qulluqçularını narahat edən sualları
cavablandırıb.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/