Buffonun oğlu İtaliya B Seriyasında debüt edib
İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffonun oğlu Luis B Seriyasında debüt edib.
“Report”un məlumatına görə, “Piza”nın formasını geyinən hücumçu “Spetsiya” ilə görüşdə meydana çıxıb.
17 yaşlı futbolçu 83-cü dəqiqədə oyuna daxil olub. Onun komandası 2:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Luis komandaya 2023-cü ildə qoşulub. O, buna qədər gənclərin çempionatında çıxış edib və 6 qol vurub. Buffonun oğlu anasının vətəndaşı olduğu Çexiyanın U-18 millisinin formasını geyinir.
Mənbə: Report.Az