Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti və oyunlarının təqvimi açıqlanıb
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti və keçirəcəyi oyunların təqvimi açıqlanıb.
“Report” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Komanda martın 14-də, saat 13:00-da “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.
Avropa çempionatı martın 15-dən 25-dək Albaniyada keçiriləcək. U-17 B Liqasının VI qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
S. |
Ad / Soyad |
Klub |
1 |
Rauf Əyyubov |
Sabah |
2 |
Elbrus Kərimov |
Marcet (İspaniya) |
3 |
Murad Qurbanov |
Zirə |
4 |
Həzrət Səmədov |
Sabah |
5 |
Səttar Tahirzadə |
Marcet (İspaniya) |
6 |
Tuncay Əhmədov |
Marcet (İspaniya) |
7 |
Amin Rzayev |
Qarabağ |
8 |
Fərid Cabbarlı |
Zirə |
9 |
Nadir Nəsibli |
Marcet (İspaniya) |
10 |
Muhamməd Çodarov |
Marcet (İspaniya) |
11 |
Tunar Muradov |
Turan Tovuz |
12 |
Əli Qazibəyov |
Qarabağ |
13 |
İbrahim Babayev |
Servette 1890 (İsveçrə) |
14 |
Vüsal Kərimov |
Neftçi |
15 |
Abdulaziz Cabbarlı |
Qarabağ |
16 |
Ariz Kərimov |
Qəbələ |
17 |
Tunar Rzayev |
Marcet (İspaniya) |
18 |
İslam Həsənov |
Graficar (Serbiya) |
19 |
Əhməd Vəliyev |
Qarabağ |
20 |
Əli İbrahim |
Qarabağ |
Yığmanın oyunlarının təqvimi:
19 mart
18:00. Azərbaycan – Albaniya
“Elbasan Arena”
22 mart
15:00. Uels – Azərbaycan
“Elbasan Arena”
Mənbə: Report.Az