BƏLƏDİYYƏ

Şirvan Bələdiyyəsi ilə uğurla yekun vurub

Şirvan Bələdiyyəsi ilə uğurla yekun vurub

Ölkəmizdə Bələdiyyələrin yaranması, statusu,formalaşması və
hüquqi bazası məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə onun
xeyir-duası ilə -12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının
Konustusiyasında qanun çərçivəsində müəyyənləşdirmişdir.

1999-cu ilin 12 dekabrında Azərbaycanda ilk dəfə Bələdiyyə
seçkiləri keçirilmişdir.Ulu öndər tövsiyyə edirdi ki, vətəndaş cəmiyyətinin əsas
atributlarından sayılan yerli özünü idarəetmə orqanı olan Bələdiyyələri elə təşkil
etmək lazımdır ki, insanlar öz fəaliyyətlərində yerli özünüidarəetmə orqanının
varlığını və zəruriliyini hiss etsinlər.Şirvan Bələdiyyəsi fəaliyyəti dövründə
öz işini bu istiqamətdə qurmuşdur.Şirvan şəhərində aparılan genişmiqyaslı
quruculuq və abadlıq işlərində fəal iştirak edən Şirvan Bələdiyyəsi hər il
olduğu kimi cari ildə də şəhər sakinlərinin müraciətlərini nəzərə almaqla xeyli
tikinti təmir və yenidənqurma işləri aparmışdır.Belə ki,ötən müddətdə şəhərin
T.İsmayılov küçəsi 11A,17/2 saylı,L-t İbrahimov küçəsi 14 saylı binanın həyətlərindəki
nümunəvi məhəllələrdə salınmış parkların ərazisində əsaslı təmir abadlıq işləri
aparılmışdır.

Bələdiyyə sədri 
Kürdoğlu Muradov daha sonra bildirdi ki        Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 02.02.2023-cü il tarixli sərəncamı ilə Şirvan şəhəri Bayramlı qəsəbəsi
M.Ə.Sabir küçəsində “Abad məhəllə”nin abadlıq işlərində və Şirvan şəhəri M.Ə.Rəsulzadə
prospektində “Xidmət obyekti”nin əsaslı təmiri üçün Şirvan Bələdiyyəsinə
subvensiya ayrılmış hər 2 obyektdə nəzərdə tutulan işlər başa
çatdırılmışdır.Burada əhalinin istiraahəti üçün günlüklər,uşaq əyləncə
qurğuları,mini futbol meydançası,xidmət obyekti tikilmişdir.Məhəllənin ətrafında
yaşıllıq və abadlıq işləri də görülmüşdür.Burada “şəhid”abidə kompleksi təmir
olunmuşdur.Ərazidə yaşıllıq zolağı salınmışdır.Ötən müddət ərzində Hacıqəhrəmanlı
qəsəbəsində qəsəbə sakinlərinin müraciəti əsasında magistral yolun kənarında
bir ədəd modul tipli dayanacaq quraşdırılaraq istifadəyə verilmişdir.Bayramlı qəsəbəsində
isə 2 ədəd dayanacaq təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.Şəhidlər
xiyabanında dəmir barmaqlıqlardan ibarət olan hasar təmizlənərək yenidən
boyanmışdır.Şəhərin M.Mirzəyev,F.X.Xoyski,M.Əzizbəyov,Təbriz və digər küçələri
vətəndaşların müraciətləri əsasında təmir edilmişdir.

Müsahibim Kürdoğlu Muradov 
qeyd etdi ki Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
qazanılan Zəfərimiz qəhrəman oğullarımızın şücaəti nəticəsində əldə edildi Bu
gün onlara qayğı prioritet məsələdirOdur ki Şirvan Bələdiyyəsinin ən mühüm işlərindən
biri onlara qayğı göstərməkdir

2024 cü ildə şəhid və qazi ailələrinini müraciəti əsasında
xeyli tədbirlər həyata keçirilib

Şirvan şəhəri, Bayramlı qəsəbəsində şəhid Talıbov Elman
Kamal oğlunun yaşadığı evin daş hasarına barelyefinin quraşdırılması,

Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində “Şəhid
Abidə Kompleksi”nin ətrafında abadlıq işlərinin görülməsi ,

Şəhid Tağıyev Əli Azad oğlunun yaşadığı Əli Tağıyev küçəsinə
qum çınqıl qarışığının verilməsi,

Şəhid Muradov Məhəmməd Yadulla oğlunun yaşadığı binanın
qarşı hissəsində abidə komleksinin ətrafına tamet tavaların döşənməsi ,

Qarabağ qazilərinin Şirvan Şəhər İcra Hakimiyyətinə və
Şirvan Bələdiyyəsinə etdikləri kollektiv müraciət əsasında şəhərin M.Mirzəyev və
F.X.Xoyski küçələrinin qaşınaraq kərpic qırıntisinin verilməsi ,

Şirvan şəhəri, Naxçıvan küçəsində şəhid Tağıyev Malik Sadiq
oğlunun abidə kompleksinin qoyulması ,

Şirvan şəhəri, S.Vurğun küçəsində Məmmədov Elşən Allahqulu
oğlunun yaşadığı binanın qərb hissəsində abidə kompleksinin qoyulması ,

Şirvan şəhəri, N.Nərimanov küçəsində şəhid Həsənov İlqar
İlham oğlunun yaşadığı binanın cənub tərəfində barelyefinin quraşdırılması bu qəbildəndir.

 Bununla yanaşı şəhid
və qazi ailələrinə maddi yardımlar da edilib

I Qarabağ Müharibəsi şəhidi itkin Çıraqov Elman Almaz
oğlunun anası Validə Çıraqovanın müraciəti əsasında yas mərasimi çadırının
qurulması üçün ,

Şəhid Rəhimov Nihad İltifat oğlunun anası Zenfira Rəhimovanın
müraciəti əsasında mənzil kirayə haqqının ödənilməsi ilə bağlı ,

 Şəhid Hüseynov Rəşad
Rəhim oğlunun atası Hüseynov Rəhim Mənsim oğlunun müraciəti əsasında şəhid
övladının yaşadığı binada barelyefinin quraşdırılması üçün  ,

 Şəhid Alişanlı Amal
Seyfəddinin oğlunun atası Seyfəddin Alişanlının müraciəti əsasında şəhid
övladının yaşadığı evin hasarında bareyefinin quraşdırılması üçün ,

Şəhid Əliyev Kamil Fazil oğlunun anası Əliyeva Cəmilə Məhərrəm
qızının qəbirüstü abidəsinin hazırlanması üçü ,

Şəhid Milli Qəhrəman Tahir Bağırovun həyat yoldaşı Bağırova
Sahirə Qənbər qızının müraciəti əsasında yaşadığı evin dam örtüyünün təmiri
üçün ,

Şəhid ailəsi Əliyeva Sevda Mirzəağa qızına ,

I Qarabağ müharibəsi qazisi Rüstəmov Ağabala Əlibala oğlunun
atası Rüstəmov Əlibala Cəfər oğluna müraciəti əsasında –

I Qarabağ Müharibəsi əlili Orucov Vəli Əli oğlunun müraciəti
əsasında müalicəsi üçün ,

I Qarabağ Müharibəsi əlili Məmmədov Amil Ərəstun oğluna –
maddi köməklik edilmişdir

Şirvan bələdiyyəsi bundan sonra da möhtərəm Prezidentimiz
İlham Əliyevin siyasi kursunu müdafiə edərək Şirvanın quruculuq və abadlıq işlərində
fəal iştirak edəcək    ölkəmizin çiçəkli
inkişafına öz töhfəsini verəcəkdir

 RASİM NƏHMƏDOV

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir