Nigar Məmmədova yenidən bələdiyyə sədri seçilib
Nigar Məmmədova yenidən bələdiyyə sədri seçilib
“Bu gün Binəqədi rayonu Xocasən bələdiyyəsində yeni seçilmiş üzvlərin ilk iclası keçirilmişdir”- bu barədə məlumatı adıçəkilən bələdiyyədən daxil olmuşdur. İlk bələdiyyə iclasını isə bələdiyyənin ən yaşlı üzvü Şakir Niftiyev aparıb.
İclasda Nigar Məmmədova yekdilliklə sədr, Qəhrəman Qəhrəmanlı isə sədr müavini seçilib.
Bu gün Xocasən bələdiyyəsinin 13 nəfər üzvü var.
Qeyd edək ki, sədr seçilən Nigar Məmmədova bundan əvvəlki beş ildə bələdiyyənin sədri olaraq ciddi layihələr icra etməklə yanaşı, bələdiyyənin illər əvəvəl yığılmış 100 min manatdan artıq DSMF və digər borcları bağlaya bilmişdi.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/