Hacı Əliyev: “Şəhid və qazi ailələrinin hər birinə Səbail bələdiyyəsi bundan sonra da diqqət və qayğısını əsirgəməyəcək”
Hacı Əliyev: “Şəhid və qazi ailələrinin hər birinə Səbail bələdiyyəsi bundan sonra da diqqət və qayğısını əsirgəməyəcək”
“Şəhid və qazi ailələrinin hər bir müraciəti Səbail bələdiyyəsinin diqqət mərkəzindədir”- bu fikriləri adıçəkilən bələdiyyənin sədri Hacı Əliyev bildirib.
Sədrin sözlərinə görə, bu günlərdə 1-ci Qarabağ müharibəsi dövründə şəhid olmuş, rayonun Arif İsmayılov 25 küçəsində yaşamış Həsənov İlham Həsən oğlunun anası Tənzilə Həsənovanın müraciəti əsasında şəhidin xatirə lövhəsi yaşadığı binaya vurulmuşdur.
Səbail bələdiyyəsinin təklif etdiyi layihə əsasında hazırlanmış xatirə lövhəsinin ətrafında da abadlıq işləri də həyata keçirilmişdir.
Şəhid və qazi ailələrinin hər birinə Səbail bələdiyyəsi tərəfindən bundan sonra da diqqət və qayğısını əsirgəməyəcək.
Mənbə: Meneviyyat.Az/