DÜNYA

Xamenei: İran ABŞ ilə danışıqlar aparmayacaq

İran İslam Respublikası ABŞ ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür.

“Report” xəbər verir ki, bunu İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei deyib.

“Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq”, – o, ABŞ Prezidenti Donald Trampın SNN telekanalının canlı yayımında Tehranın nüvə proqramı ilə bağlı danışıqları təklif edən məktubuna cavab olaraq İran rəsmiləri ilə görüşdə deyib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir