Torontoda atışma baş verib, 11 nəfər xəsarət alıb
Kanadanın Toronto şəhərinin mərkəzində yerləşən bir “pub”da baş verən atışma nəticəsində azı 11 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Qeyd edilib ki, xəsarət alanların vəziyyəti yüngüldən ağıra qədər dəyişir.
Şübhəli şəxs hələ ki saxlanılmayıb.
Mənbə: Report.Az