İDMAN

Stadiona sərxoş halda gələn Rusiya klubunun azarkeşinə 1 illik qadağa qoyulub

Rusiyanın “Spartak” klubunun azarkeşinə stadiona sərxoş halda gəldiyi üçün 1 illik qadağa qoyulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva məhkəməsində qərar qəbul olunub.

“Spartak” azarkeşi 2024-cü ildə komandasının “Rostov”la matçına sərxoş vəziyyətdə gəlib. Nəticədə davranış qaydalarını pozduğu üçün məhkəmə fanata 1 il müddətinə oyunlara getməsinə qadağa qoyub. Bununla yanaşı o, 3000 rubl cərimələnib.

Qeyd edək ki, “Spartak” hazırda Rusiya Premyer Liqasında 19 turdan sonra 40 xalla üçüncü pillədə qərarlaşıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir