BƏLƏDİYYƏ

Səbail rayonunda  aztəminatlı ailələrə  ərzaq sovqatı paylanıldı

Səbail rayonunda  aztəminatlı ailələrə  ərzaq sovqatı paylanıldı

Səbail RİH-in təşəbbüsü və Səbail bələdiyyəsinin təşkilatçılığı ilə Dunya Azərbaycanlılarının Həmrəylik  günü  və Yeni təqvim ili ərəfəsində yardıma ehtiyacı olan şəhid, əlil, müharibə veteranlarına, tənha və kimsəsiz şəxslərə, habelə  bir çox aztəminatlı ailələr üçün bayram  sovqatı təqdim edilib.

Təqdimatda bələdiyyə üzv və qulluqçuları iştirak ediblər.  Bələdiyyə rəsmiləri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını aztəminatlı ailələrə təqdim edib və onları bayram münasibəti ilə təbrik ediblər.

Vətəndaşlar, onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə təşəkkür ediblər.

Səbail bələdiyyəsinin rəhbərliyi tərəfindən rayonda yaşayan aztəminatlı ailələr,şəhid ailələri, qazilər, müharibə iştirakçıları daima diqqətdə saxlanılır.

Səbail Bələdiyyəsi 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir