İxtiyar Nəcəfov: “Qəbula gələnlər sakinlər, bizim həm də seçicilərimizdi, odur ki,…”
İxtiyar Nəcəfov: “Qəbula gələnlər sakinlər, bizim həm də seçicilərimizdi, odur ki,…”
“Suraxanı
rayonu Qaraçuxur bələdiyyəsində vətəndaşların qəbuluna ciddi diqqət yetirilir.
Yeni formalaşan bələdiyyənin ilk iclasında da məhz bu məsələyə diqqət çəkilib” -bu
fikirləri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov bildirib.
Sədr
bildirib ki, qəbula gələn sakinlər, bizim həm də seçicilərimizdi. Odur ki, onların müraciətlərinin
bələdiyyəyə aid olub-olmamasından asılı
olayaraq hər bir müraciət diqqətdə saxlanılır və həlli üçün addım atılır.
“Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri VüqarTofiqlinin iştirakı
ilə keçirilən qəbulda səkkiz nəfərə
yaxın sakin qəbul edilib, müraciətləri dinlənilib.
Bələdiyyənin
inzibati binasında baş tutan qəbul zamanı bələdiyyə sədri vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olub,
müraciət və təkliflərini dinləyib həlli
ilə bağlı öz tapşırıq və tövsiyələrini verib. Vətəndaşlar tərəfindən qaldırılan
məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər
isə nəzarətə götürülüb.
Sədr
qeyd edib ki, artıq bələdiyyələrin fəaliyyətinin yeni dövrü başlayır. Bu zaman
kəsiyində bələdiyyənin üzv və qulluqçularının daha fəal olması və müraciətlərə
daha diqqətlə yanaşması tələb olunur.
Qəbuldan
sonra bələdiyyənin hüquq komissiyasının sədri Rəşad Rzayevin iştirakı ilə bələdiyyənin son
beş ildəki fəaliyyətinə qısa bir nəzər yetirildi. Müzakirədə bələdiyyənin son beşildəki fəaliyyəti
ilə bağlı hesabat xarakterli videorolikin hazırlanması da qərara alınıdı.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/