BƏLƏDİYYƏ

Bu şəhər  bələdiyyəsi vergi daxilolmalarının həcmini 13 faiz artırıb…CİDDİ  

Bu şəhər  bələdiyyəsi vergi daxilolmalarının həcmini 13 faiz artırıb…CİDDİ  

Yevlax
 rayonunda ilk seckilər zamanı 32 bələdiyyə
formalaşdırılsa da, sonradan bu rəqəm 29-dək azaldıldı. İndi isə 10 bələdiyyə
uğrunda mubarizə aparılacaq. Yevlax  şəhər
bələdiyyəsinə isə Aşağı Qarxun və Yuxarı Qarxun bələdiyyəsi birləşdiriləcəkdir.

Mövcud
29 bələdiyyə sırasında daim Yevlax şəhər və birləşdirməyə düşən Balıcılı bələdiyyəsi
fəaliyyəti ilə seçilib.  Digər bələdiyyələrdə
fəaliyyət göstərsələrdə təəssüf ki, fəaliyyətlərinin təbliğinə maraqlı deyillər.
 

2023-cü ildə 29 bələdiyyənin  büdcə gəliri 3  faiz kəsirlə yola verilsə də, əldə edilən vəsaitin
həcmi 895 min  manata yaxın olub ki, onun
da 115.600 manatını dotasiya təşkil edib.

Yevlax
RİH-in  dəstəyi və Bərdə regional ədliyyə
idarəsinin metodiki tövsiyələri hesabına  Yevlax şəhər bələdiyyəsinin vergi daxilolmalarının
həcmi ötən il 13 faiz artıb.  

Sözsüz
ki, müvafiq qurumlar bələdiyyələrin müəyyən problemlərini həll etmiş olsalar da,  mülkiyyətə əmlakın və
torpağın tam verilməməsi bu rayon bələdiyyələrini də çox narahat edir.

Demək,
Yevlax bələdiyyələrinin üzləşdiyi problemlər vaxtında öz həllini tapmış olsa
onlarda daha yüksək nailiyyətlərə imza atmış olardılar…

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir