BƏLƏDİYYƏ

BORADİGAH BƏLƏDİYYƏSİNDƏN 8 MART TƏBRİKİ

BORADİGAH BƏLƏDİYYƏSİNDƏN 8 MART TƏBRİKİ

Boradigah Bələdiyyəsi və Masallı Rayon İcra Hakimiyyətinin Boradigah ərazi nümayəndəliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ərazidə yerləşən məktəblərdə və Boradigah qəsəbə sahə  xəstəxanasında çalışan qadınları  təbrik etmək məqsədilə görüşlər keçiriblər. Bu görüşlərdə qadınların cəmiyyətimizin inkişafında oynadığı əhəmiyyətli rol vurğulanıb, onların zəhməti yüksək qiymətləndirilib.

Qadınlar tarix boyu yalnız ailənin deyil, bütöv bir millətin formalaşmasında müstəsna rol oynamışlar. “Qadın təkcə bir ailənin deyil, bütöv bir cəmiyyətin təməlidir.” 

Bu əlamətdar gündə qadınlarımızın fədakarlığını və əvəzolunmaz əməklərini bir daha vurğulamaq istəyirik. “Qadınlar cəmiyyətin nurudur, onların zəhməti və sevgisi dünyanı daha gözəl edir.” Qoy həyatınız sevgi, hörmət və xoşbəxtliklə dolu olsun. Sizə sağlamlıq, işlərinizdə uğurlar və ailə səadəti arzulayırıq!

Bayramınız mübarək!

Masallı rayonu Boradigah bələdiyyəsi 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir