UEFA Avropa Liqası: “Fənərbağça” evdə uduzub, “Roma” qalib gəlib
UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçları keçirilib.
“Report” xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Real Sosyedad”ın, “Atletik” isə “Roma”nın qonağı olub.
“Fənərbağça” evdə Şotlandiya təmsilçisi “Reyncers”i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
6 mart
21:45. AZ (Niderland) – “Tottenhem” (İngiltərə) – 1:0
21:45. “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 1:1
21:45. FCSB (Rumıniya) – “Lion” (Fransa) – 1:3
21:45. “Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) – 1:3
00:00. “Viktoriya” (Çexiya) – “Latsio” (İtaliya) – 1:2
00:00. “Budyo Qlimt” (Norveç) – “Olimpiakos” (Yunanıstan) – 3:0
00:00. “Ayaks” (Niderland) – “Ayntraxt” (Almaniya) – 1:2.
00:00. “Roma” (İtaliya) – “Atletik” (İspaniya) – 2:1.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab görüşləri martın 13-də keçiriləcək.
Mənbə: Report.Az