Fidan Fərzəliyeva Şabran bələdiyyəsinin sədri seçilib
Fidan Fərzəliyeva Şabran bələdiyyəsinin sədri seçilib
Fidan Fərzəliyeva Şabran bələdiyyəsinin sədri seçilib
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Şabran bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bu günlərdə bələdiyyənin ilk iclası keçirilib.
İclasın sədri olan bələdiyyənin ən yaşlı üzvü Əmircan Ocaqov bələdiyyə üzvlərinin siyahısını elan edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin olduğunu qeyd edib.
Səsvermənin nəticəsinə əsasən Şabran bələdiyyəsinin sədri vəzifəsinə yekdilliklə Fidan Fərzəliyeva , Məmməd Məmmədov isə Şabran bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilib.
Qeyd edək ki, Şabran bələdiyyəsinin 15 nəfər üzvü var .
Xanım sədr və sədr müavini bələdiyyə üzvlərinə onlara göstərilən etimada görə, təşəkkürlərini bildirməklə yanaşı bu etimadı doğrulıtmaq üşün var qüvvələri ilə çalışacaqlarını bildiriblər.
Əlavə edək ki, yeni seçilən sədr Fərzəliyeva Fidan Rahib qızı Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 2005-2007 – ci illərdə Şabran şəhər 2Nli tam orta məktəbdə, 2007-2012- ci illərdə Şabran şəhər 5 Nli tam orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2012-ci ildə irəli çəkilərək Şabran şəhər 3 nömrəli ümumi orta məktəbə ( 9 illik) direktor vəzifəsinə təyin edilib. 2015- ci ilin sentyabr ayından 19 fevral 2025 ci ilə qədər Şabran şəhər Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin (11 illik) direktoru vəzifəsində çalışır. Çalışdığı dövr ərzində məktəb nailiyyətlərinə görə rayonda və regionda seçilən məktəblər sırasında olub. Hər il olimpiadalarda qalibiyyət və ali məktəblərə yüksək ballarla qəbullar məktəbin uğurunu daha da artırıb. Direktor olduğu dövrdə 2019- cu ildə Azərbaycan Müəllimlərinin XV və 2024 cü ildə AZərbaycan Müəllimlərinin XVI qurultayının iştirakçısı olub. 22-29 avqust 2023 – cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “T-Network” platformasının təşkilatçılığı ilə Estoniya və Finlandiya Respublikalarında, 11-18 noyabr 2024- cü ildə Yaponiyada təşkil edilmiş “Təhsildə yeni çağırışlar və yeni təcrübələr” adlı konfransların iştirakçısı olub. Çalışdığı müddətdə şagirdləri idman sahəsində dünya çempionu, olimpiadalarda respublika qalibləri, nailiyyətləri ilə seçilənlər qızıl medalla təhsilini başa vurub. 2007- ci ildən YAP-nın üzvüdür. İngilis və rus dillərini mükəmməl bilir. Ailəlidir. Bir övladı var.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/