BƏLƏDİYYƏ

Əlfəddin Həsənov Sabunçu bələdiyyəsinin sədri seçilib

Əlfəddin Həsənov Sabunçu bələdiyyəsinin sədri seçilib

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Sabunçu rayonu Sabunçu  bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib.

İclasın sədri bələdiyyə üzvlərinin siyahısını  elan edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin olduğunu qeyd edib.

Səsvermənin nəticəsinə əsasən Sabunçu bələdiyyəsinin sədri vəzifəsinə  yekdilliklə Əlfəddin Həsənov seçilib.

Hüseyn Nəcəfov və Çingiz Vəlizadə isə sədr müavinləri vəzifəsinə seçiliblər.

Qeyd edək ki, Sabunçu bələdiyyəsinin 15 nəfər üzvü var .

Əlavə edək ki,  Əlfəddin Həsənov bundan əvvəlki beş ildə Sabunçu  bələdiyyəsinin sədri vəzifəsində seçilmişdi.

Sabunçu Bələdiyyəsinin sədri seçilən Əlfəddin Həsənov son beş ilərzində bələdiyyənin əvvəl ki illərdən yığılıb qalmış borclarını baglamaqla yanaşı, fəaliyyəti ilə bələdiyyə  haqqında yaranmış  neqativi aradan qaldıra bildi.

Belediyye.info 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir