BƏLƏDİYYƏ

Sumqayıt bələdiyyəsində məişət zorakılığı  mövzusunda tədbir keçirilib

Sumqayıt bələdiyyəsində məişət zorakılığı  mövzusunda tədbir keçirilib

Sumqayıt
bələdiyyəsində məişət zorakılığı 
mövzusunda tədbir keçirilib

Tədbirdə Sumqayıt Bələdiyyəsi, Şəhər İcra Hakimiyyətinin
nümayəndələri, o cümlədən şəhərin fəalları 
iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Bələdiyyəsinin sədr
müavini Nərmin Mehdiyeva məişət zorakılığı mövzusunda olan problemlərə
toxunaraq, onun həlli istiqamətində öz təklif və fikirlərini söylədi. Daha
sonra Sumqayıt İcra Hakimiyyətinin Başçısının müavini Ülviyyə Müzəffərova da məişət
zorakılığına qarşı mübarizədə görülməli olan işləri sadaladı, fəaliyyət istiqamətinin
müəyyənləşməsi üçün təkliflərini verdi. O, bundan sonra bu tip tədbirlərin şəhər
ərazisində daha sıx şəkildə keçirilməsinin vacibliyini vurğuladı. Daha sonra tədbir
iştirakçılarına söz verilərək onların fikir və təklifləri öyrənildi.

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir