Problemin həlli üçün ən effektiv yol
Problemin həlli üçün ən effektiv yol
Biz yerli özünüidarəetmə orqanlarının nümayəndələri kimi əhali ilə daha sıx təmasda olduğumuz üçün əhalinin bütün təbəqələrini, xüsusən də həssas qrupdan olan insanlar və risk qrupunda olan ailələri daha yaxından tanımaq və yerlərdə mövcud problemləri müəyyən etməyə malik olduğumuz üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün bələdiyyəmizdə 2021-ci ildə “Gender əsaslı komissiyası”nın yaradılmasına qərar vermişdik.
Komissiyanın əsas məqsədləri:
· Ərazimizdə olan gender problemləri ilə bağlı məlumatların toplanılması, sistemləşdirilməsi, işlənməsi və təhlili etməklə sabit təşkilati mexanizmlərin yaradılmasıdır.
· Bələdiyyə büdcəsində gender-həssas büdcə yanaşmasının tətbiq edilməsidir
· Gender mədəniyyətinin təbliği, Gender stereotiplərinin qarşısının alınması və mübarizənin aparılması və s
İlk olaraq aidiyyatı qurumlarla və vətəndaş cəmiyyətləri ilə daha sıx əlaqələr quruldu. Biz onların həyata keçirdikləri layihələr, tədbirlər haqqında məlumatlı oluruq və uyğun olan mövzuları seçərək, ehtiyacı olan şəxslərin iştirakını təmin edirik. Biz də komissiyanın nümayəndələri olaraq yerli və beynəlxalq konfraslarda, görüşlərdə və maarifləndirici təlimlərdə iştirak edir və çıxış edərək təkliflərimizi irəli sürmüşük.
Bələdiyyəmizə şikayətlər daxil olduqda komissiyanın səlahiyyətlərinə aid olan məsələləri komissiyanın üzvləri ilə birgə ətraflı müzakirələr və geniş araşdırmalar aparılır. Problemin həlli üçün ən effektiv həll yolunu tapırıq. Qarşılaşdığımız problemləri həll etməkdə çətinlik çəkdiyimiz halda müvafiq aidiyyatı qurumlarla əlaqələndiririk və bu şəxslər, həmçinin ailələr daim bizim diqqət mərkəzimizdə olur.
Əlavə olaraq qeyd edim ki, maddi yardım ilə müraciət edən vədəndaşlarımız artıq bizim üçün risk altında olan ailələrdir və araşdırdığımız zaman bir çox ciddi problemlər üzə çıxır.
Müraciətlər ilə bağlı olan nəticələri səsləndirmək istəyərdim.
· Məişət zorakılığına məruz qalan 16 gənc xanıma xüsusi və fərdi yanaşma ilə ödənişsiz şəkildə həkim psixoloqun müayinəsi təşkil edilmiş, hər bir zərər çəkmiş şəxs üçün 15 gün ərzində psixoloji reabilitasiya kursları təşkil edilmişdir.
· Özəl baxçalarda fəaliyyət göstərən rəhbər və müəllimlər ilə danışıqlar aparılaraq tək yaşayan anaların 23 uşağını özəl baxçaya tam ödənişsiz şəkildə getməsini təşkil etmişik. Qeyd edim ki, məhz Nizami bələdiyyəsinin təşkilatçılığı ilə 8 qadın dayə, 3 qadın xadimə, 4 qadın çorək sexinde , 2 qadın satıcı , 1 qadın aşbaz işi ilə təmin olunmuşdur.
· 14 əlliliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji reabilitasiyası və sosial bacarıqlarını inkişafına lazımı dəstək verilmişdir; müraciət edən şəxslərə və ailələrə maddi yardım da göstərilmişdir.
Hesabat dövründə əhalinin müxtəlif təbəqələrinə xüsusi olaraq da gənclərə aidiyyatı qurumlarla birgə “Gender bərabərliyi nədir”, “Qərarların qəbul edilməsi prosesində bərabər hüquqlu iştirak et”, “Qadina qarşi şiddətə son”, “Erkən nigah və onun fəsadları”, “İnsan alverinə yox deyək” “Məişət zorakılığına yox deyək!”, “Reproduktiv sağlamliq və ailə planlaşdırılması ” “Mən bullinqə qarşıyam”, “Hüquqlarını bilməlisən”, “Öz sağlamlığın öz əlindədir”, “Sağlam düşüncəli ailə” “Sosial mediya və ondan düzgün istifadə”, “Liderlik nədir?”, “Gender stereotipləri ilə mübarizə” “Qadınlar və ictimai həyat, imkanlar və problemlər” və s mövzularda maarifləndirici təlimlər, görüş, tədbirlər təşkil edilib və maarifləndirici iştirakçılara bukletlər paylanılıb. 2000 nəfərə yaxın şəxs bu təlimlərdən yararlanmışdır.
Keçirdiyimiz görüş və təlimlərdə iştirak edən şəxslərdən müraciət edən təhsili olmayan 15 qadın və 6 kişi ödənişsiz şəkildə peşə kursuna yönləndirilib. Onlardan 8 qadın və 4 kişi kursları tam bitirdikdən sonra işlə təmin olunmuşlar. Qeyd edim ki, bu şəxslər problemli ailələrin övladlarıdır.
· Sahibkarlıqla məşğul olmaq istəyən xanımları QHT, KOBİA və s aidiyyatı qurumlar və təşkilatlarla əlaqələndirmişik.
· Əlilliyi olan xanımlar tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, bəzək əşyaları, aksesuarların satışı üçün hədiyyələr və suvenir satılan mağazaların rəhbərləri ilə danışıqlar aparmışıq və əl işlərin satışını təmin etmişik.
· 200 nəfərə yaxın gənc könüllülük fəaliyyətinə cəlb edilib hesabat dövründə təxmini 50-dən çox tədbirdə, konfrans və təlimlərdə iştirak edib, habelə təşkilatı işlərimizə dəstək olublar. Qeyd edim ki, könüllü fəaliyyətinə daha çox sosial vəziyyəti zəif olan ailələrin övladları cəlb ediliblər. Bu gənclərin yol və digər xərcləri bələdiyyə tərəfindən qarşılanır. Məqsədimiz gənclərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və ictimai-siyasi həyatda fəal iştirakını təmin etməkdir. Sonunda 12 könüllü işlə təmin edilmişdir.
Leyla Məmmədova
Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədr müavini, “Gender Əsaslı Komissiyası”nın sədri, “Gender Zorakılığı Və Uşaqlara Qarşı Zorakılıq Üzrə Monitorinq Qrupu”-nun üzvü
Mənbə: Meneviyyat.Az/