İDMAN

Milli Gimnastika Arenasında Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mərasimdə Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin, həmçinin yarışda təmsil olunan ölkələrin nümayəndələri də iştirak edib.

Açılış seremoniyasında əvvəlcə kubokda təmsil olunan ölkələrin bayraqları nümayiş etdirili və səhnəyə gətirilib.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. İdmanda, gimnastikada bir sıra uğurlu nəticələrimizin olduğunu vurğulayan nazir təşkilatçılara təşəkkürünü bildirib iştirakçılara uğurlar arzulayıb.

Ardından Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra açılış mərasiminə dəvət olunan rəqs qrupları öz məharətlərini göstərib.

Qeyd edək ki, 19 ölkənin gimnastlarının iştirak edəcəyi Dünya Kubokuna martın 9-da yekun vurulacaq.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir