KİV: Hannoverdə şin istehsalı zavodunun ərazisində partlayış baş verib
Almaniyanın Hannover şəhərində “Continental” şirkətinin şin istehsalı zavodunun ərazisində partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, əraziyə yanğınsöndürmə xidməti cəlb edilib.
Hadisə yerində sınmış pəncərə şüşələri qeydə alınıb ki, bu da istehsalat binasında əhəmiyyətli zədələrin olduğunu göstərir.
Şahidlər güclü partlayış səsi eşitdiklərini bildiriblər. Binanın fasadının bir hissəsi zədələnib
Yanğınsöndürmə xidməti vəziyyəti son dərəcə ciddi qiymətləndirib. Ehtimal edilir ki, xəsarət alanların sayı çoxdur.
Mənbə: Report.Az