Bu baxışla bu şəhər bələdiyyəsi çox da uzağa gedə bilməyəcək: CİDDİ
Bu baxışla bu şəhər bələdiyyəsi çox da uzağa gedə bilməyəcək: CİDDİ
Hazırda
Şəki rayonunda 17 bələdiyyə uğurunda mubarizə aparılacaq. İlk seckilər zamanı Şəki rayonunda 66 bələdiyyə
formalaşdırılsa da, sonradan bu rəqəm 40-dək azaldıldı. Bu seçkidə həm də Şəki şəhər
bələdiyyəsinə Çeşməli bələdiyyəsi birləşdiriləcək.
Əvvəlki
illərdə Şəki, 2019-cu il seckilərindən
sonra isə Qoxmuq, Kiş və Şorsu bələdiyyələri tərəfindən müəyyən mənada
fəaliyyətləri barəsində məlumatlar paylaşılırdı.
Təəssüflər olsun ki, əvvəlki illərdə fəaliyyəti ilə nümunvi bələdiyyələr sırasında
olan Şəki bələdiyyəsi son beş ərzində həyata keçirdiyi layihələr barəsində məlumatlar
konkret olaraq ictimailəşdirilmir. Baxmayaraq ki, Şəki bələdiyyələrinin büdcə daxilolmalarının
həcmi digər rayonlardan və ümumirespublika göstəricisindən yaxşı mənada həmişə fərqlənib. Sözsüz
ki, rayon bələdiyyələrinin bu uğurunda həm RİH-in, həm də Şəki regional ədliyyə
idarəsinin dəstəyi olub.
Bu
gün, digər rayonlarda olduğu kimi, Şəki bələdiyyələrində də ötən illərdən
yığılıb qalmış az da olsa DSMF borcları,
mülkiyyətə əmlakın və torpağın verilməsində ciddi problemlər yaşanmaqdadır.
Düşünmək
olar ki, əməkdaşlığa maraq göstərməyən, sərbəst və müstəqil addım belə ata bilməyən bələdiyyə sədri ilə Şəki bələdiyyəsi, fikrimcə,
çox da uzağa gedə bilməyəcək.
Odur ki, ümid edirəm ki, ancaq yeni formalaşacaq
bələdiyyələrə seçilən şəxslərin fəaliyyəti sayəsində Şəki bələdiyyəsi əvvəlki illərdəki
şöhrətini özünə qaytara biləcək. Həm də ümid edirəm Şəki RİH-də çalışan bəzi məmurlar ümumilikdə bələdiyyə idarəetməsinə
olan baxışı dəyişməklə bələdiyyə sisteminin inkişafına öz töhfələrini vermiş
olacaqlar.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/