Səbail bələdiyyəsində ilk bələdiyyə iclası keçirilib: sədr və müavin seçilib
Səbail bələdiyyəsində ilk bələdiyyə iclası keçirilib: sədr və müavin seçilib
“Dünən Səbail bələdiyyəsinin ilk iclası
kecirilib”-bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. İlk
iclasa sədrliyi bələdiyyənin ən yaşlı üzvü Hacı Babayev edib.
İclas
Ulu öndər Heydr Əliyevin və vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
İclasın
sədri sonra bələdiyyə üzvlərinin siyahısı oxuyub. İclasda bələdiyyənin 17
nəfər üzvünün iştirakı təsdiqlənib.
İclasda
Hacı Əliyev yekdilliklə sədr, Səmədağa Aslanov sədr müavini, Elvin Novruzov isə
bələdiyyənin katibi seçiliblər.
İclasda
Hacı Əliyev bələdiyyə üzvlərinə ona göstərdikləri etimada görə təşəkkürünü
bildirib. Sədr Səbail bələdiyyəsinin digər bələdiyyələrdən fərqli məqamına
toxunaraq fəaliyyətə daha ciddi yanaşmalı olduqlarını dilə gətriib. Sədr
bildirib ki, hər birimiz bizə səs vermiş
ölkə başçısının etimadını doğrultmaq üçün var qüvvəmizlə çalışmalıyıq.
İclasın
sonunda birləşən bələdiyyələrin məsələlərini həll etmək ucun komissiyanın tərkibi
təsdiqlənib.
Mənbə: Meneviyyat.Az/