İDMAN

Premyer Liqa: “Kəpəz” “Neftçi”ni məğlub edib

Misli Premyer Liqasının XXV turunda “Kəpəz” “Neftçi”ni məğlub edib.

“Report” xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş Gəncə klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoev vurub. Bu nəticədən sonra xallarının sayını 22-yə yüksəldən “Kəpəz” 9-cu yerdə qərarlaşıb. “Neftçi” isə 27 xalla altıncıdır.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Şamaxı” səfərdə “Səbail”i, “Qarabağ” “Sumqayıt”ı, “Zirə” isə “Turan Tovuz”u 2:0 hesabı ilə üstələyib. “Sabah” – “Araz-Naxçıvan” görüşündə qalib müəyyənləşməyib – 2:2.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir