BƏLƏDİYYƏ

Orxan Əliyev  bələdiyyə sədri seçilib

Orxan Əliyev  bələdiyyə sədri seçilib

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib.

İclasın sədri bələdiyyə üzvlərinin siyahısını  elan edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin olduğunu qeyd edib.

Səsvermənin nəticəsinə əsasən Dəllər Cəyir bələdiyyəsinin sədri vəzifəsinə  yekdilliklə  Orxan Əliyev seçilib.

Qarazadə Elbəyi Aslan oğlu və  Əmiraslanova Firuzə Həsən qızı sədr müavinləri vəzifəsinə seçiliblər.

 

Qeyd edək ki, iclasda  bələdiyyənin 13 nəfər üzvündən 11 nəfər iştirak edib. İki nəfər üzrlü səbəbdən iclasda iştirak edə bilməyib.  

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir