MƏDƏNİYYƏT

Keçmiş “Dostluq” kinoteatrı ilə bağlı müsabiqənin qaliblərinin elan olunacağı tarix açıqlanıb

Keçmiş “Dostluq” kinoteatrının binasının yenidən qurulması və istifadəsi ilə bağlı elan olunan müsabiqəyə müraciətin vaxtı başa çatıb.

Bunu “Report”a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

Onun sözlərinə görə müraciət sayı yetərincədir:

“Hazırda münsiflər heyəti tərəfindən dəyərləndirmə aparılır. Martın 10-da qalibləri elan edəcəyik”.

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş “Dostluq” kinoteatrının binası 50-ci illərdə o zamanların qaydalarına uyğun olaraq, eyni tipli layihə əsasında inşa olunsa da, təxminən 90-cı illərin ortalarından binada kinofilmlərin nümayişi dayandırılıb və uzun illər boyu bina istifadəsiz qalıb.

Kinoteatrın yenidən qurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə Azərbaycan Memarlar İttifaqı tərəfindən 2024-cü ilin dekabrında açıq müsabiqə elan olunub.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir