DÜNYA

Pakistanda terrorçu-kamikadze özünü partladıb, 9 nəfər ölüb

Pakistanın şimal-qərbində, Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 9 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən Reuters agentliyi məlumat yayıb.

Hadisə Bannu dairəsində baş verib. Hücumun hədəfi təhlükəsizlik strukturları olub. Polis mənbələri daha 18 nəfərin yaralandığını bildirib.

Əyalət rəhbərliyi terror aktını pisləyib və hadisə yerindəki polis əməkdaşlarının hesabatını gözlədiklərini bildirib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir