Sumqayıt bələdiyyəsi iş başında
Sumqayıt bələdiyyəsi iş başında
Ötən gecədən Sumqayıt şəhəri ərazisinə yağan güclü qar Sumqayıt Bələdiyyəsi və şəhərin digər qurumları ilə birgə təmizlənib.
Yollarda hərəkətin optimallaşdırılması məqsədilə texnikalar vasitəsilə küçə və prospektlərdə genişmiqyaslı işlər hayata keçirilib. Şaxtalı hava şəraiti ilə bağlı yarana biləcək problemlərlə bağlı aidiyyatı qurumlar da gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.
Sakinlərimizə şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə etməyi, ehtiyac olmadığı halda yaşayış yerlərini tərk etməməyi tövsiyyə edirik.
Mənbə: Meneviyyat.Az/