Şəhid xanımı bələdiyyənin sədri seçilib
Şəhid xanımı bələdiyyənin sədri seçilib
“Bu gün Qaradağ rayonu Sahil bələdiyyəsində yeni seçilmiş üzvlərin ilk iclası keçirilmişdir”- bu barədə məlumatı adıçəkilən bələdiyyədən daxil olmuşdur.
İclasda Firuzə Ziyad qızı Musaoğlu yekdilliklə sədr, Ramil Hüseynov və Rəfail Quliyev sədr müavinləri seçilmişlər.
Sahil bələdiyyəsinin 15 nəfər üzvü var.
Qeyd edək ki. sədr seçilən xanımın həyat yoldaşı ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olub.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/