BƏLƏDİYYƏ

Xaçmaz regional ədliyyə idarəsi  bələdiyyələrin birləşdirilməsi ilə bağlı ilk iclası  Quba rayonunda keçirib

Xaçmaz regional ədliyyə idarəsi  bələdiyyələrin birləşdirilməsi ilə bağlı ilk iclası  Quba rayonunda keçirib

 Bələdiyyələrin birləşməsi ilə bağlı yaradılmış
komissiyanın Quba rayonu üzrə Xaçmaz regional ədliyyə idarəsi tərəfindən ilk
iclası keçirilib.

Quba rayonunda  25.02.2025-ci il tarixdə Quba
rayonu üzrə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və
digər məsələlərin həlli məqsədilə yaradılmış komissiyanın ilk iclası
keçirilib.

Regional idarənin rəisi (komissiyanın sədri) Qədir
Paşayev çıxış edərək “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi
yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18.10.2024-cü il tarixli
50-VIIQ nömrəli Qanunun icrası məqsədilə Nazirlər Kabinetinin “Bələdiyyələrin
birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə
komissiyaların yaradılması haqqında” 13.01.2025-ci il tarixli, 13s nömrəli
Sərəncamının icrası barədə Ədliyyə Nazirliyinin 03.02.2025-ci il tarixli, 03-T
saylı əmri ilə yaradılmış komissiyaların yerlərdəki fərdi tərkibinin təsdiq
edildiyini bildirib.

Birləşmə zamanı tərtib ediləcək müvafiq aktların
nümunəsi komissiyanın üzvlərinə təqdim edilib, görüləcək işlərlə bağlı onlara
ətraflı izah verilib, həmçinin mümkün olan qısa müddətdə birləşən və yeni
bələdiyyələr arasında təhvil-təslim işlərinin yekunlaşmasının zəruriliyi
vurğulanıb.

Ədliyyə Nazirliyinin yuxarıda qeyd olunan müvafiq
əmrinin icrası ilə bağlı birləşmiş bələdiyyələrə məxsus mülkiyyət, maliyyə və
başqa məsələlərin həlli zamanı qanun pozuntuları, o cümlədən bələdiyyə əmlakına
sahiblik, istifadə və sərəncam verilməsi sahəsində korrupsiya ilə əlaqədar
hüquqpozmalar aşkar edildikdə müvafiq tədbirlərin görüləcəyi komissiya
üzvlərinin diqqətinə çatdırılıb.  

İclasın sonunda iştirakçıları maraqlandıran bütün
suallar cavablandırılıb.


 Xaçmaz regional ədliyyə idarəsi  


Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir