Rövşən Əsgərov Qovlar bələdiyyəsinin sədri seçilib
Rövşən Əsgərov Qovlar bələdiyyəsinin sədri seçilib
Azərbaycan
Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi
Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Qovlar bələdiyyəsinə
üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib.
İclasın sədri
bələdiyyənin ən yaşlı üzv Nurəddin Nağıyev bələdiyyə üzvlərinin siyahısını elan
edib və ilk iclasın gündəliyində sədr və sədr müavinlərinin seçilməsi məsələnin
olduğunu qeyd edib.
Səsvermənin
nəticəsinə əsasən Qovlar bələdiyyəsinin sədri vəzifəsinə yekdilliklə Rövşən Əsgərov
seçilib.
Nurəddin Nağıyev
və Rəhman Axundov sədr müavini vəzifəsinə seçilib.
Qeyd edək ki, Qovlar bələdiyyəsinin 13 nəfər
üzvü var .
Belediyye.info
Mənbə: Meneviyyat.Az/