Bu gün əsas fəaliyyət istiqamətimiz…
Bu gün əsas fəaliyyət istiqamətimiz…
Xocasən
qəsəbəsi Binəqədi rayonunun qədim və ərazi baxımından ən böyük yaşayış məntəqələrindəndir.
Qəsəbənin rəsmi qeydiyyatda olan əhaslinin 22 min nəfərə yaxın olsa da,
qeyri-rəsmi 50 min nəfərdən artıqdır.
Xocasən kəndi 26 feval 1936-ci ildə kənd inzibati ərazi
vahidi statusu, Milli Məclisin 5 oktyabr 1999-cu il tarixli Qərarı ilə isə qəsəbə
mərkəz olmaqla Xocəsən qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır. Şəhər tipli
qəsəbə inkişafına görə kənddən yüksək, şəhərdən
isə aşağı səviyyəli yaşayış məntəqəsi hesab olunur. 1999-cu ilədək Biləcəri bələdiyyəsinin tərkibində
olduğundan Xocasən qəsəbəsində ilk bələdiyyə seçkiləri 2004-ci ilin dekabrın
keçirilən seçkilərdən sonra formalaşıb.
Fəaliyyətinin 20 ili tamam olan Xocəsən bələdiyyəsi bu
gün ölkə Prezidentinin Fərman və Sərəncamlarına,
AR Kontitusiyasına, yerli özünüidarəetməyə dair Qanunlara, Ədliyyə Nazirliyi Bələdiyyələrlə
İş Baş İdarəsinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.
Ötən müddət ərzində Xocəsən bələdiyyəsi tərəfindən sakinlərin
problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmiş, şəhid ailələri
və qazilərimizlə mütəmadi əlaqə saxlanılaraq, ehtiyaclarının qarşılanması üçün
müvafiq tədbirlər görülmüşdür. Eyni zamanda vətəndaş müraciətləri əsasında səlahiyyətimizdə
olan məsələlər öz həllni tapmış və səalahiyyətimiz daxilində olmayan məsələlər barədə bələdiyyə
tərəfindən aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
2019-cu ildə keçirilən bələdiyyə seçkilərindən sonra 2020-ci
ilin yanvar ayında Xocəsən bələdiyyəsi yeni tərkiblə fəaliyyətə başladığı zaman
bələdiyyənin DSMF-yə, qulluqçuların əməkhaqqına
və məhkəmə sanksiyası hesabına bələdiyyənin 100 min manatdan artıq borcunun
olması müəyyən mənada bələdiyyənin fəaliyyətini iflic vəziyyətə gətirmişdir.
“Pandomiya” dövründə yaranan çətinliklər mövcud vəziyyəti bir qədərdə çətinləşdirmişdi.
Lakin bütün bu çətinliklərin ardı ilə Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə
güclü ordumuz tərəfindən ölkəmizə bəxş edilən qələbə çətinliklə başlayan ili
yüksək qələbə ruhu ilə tamamlağımıza səbəb oldu. Bu qələbədən ruhlanaraq yenidən
bütün qüvvəmizlə fəaliyyətimizi davam etdirməyə çalışdıq.
Fəaliyyətimizin bu mərhələsində qarşıya qoydugumuz əsas məqsəd
isə təbii ki, ilk növbədə bələdiyyənin yaranış borclarının bağlanması idi. Beləliklə, yaranmış çətinliklər
yeni tərkibin üzvləri tərəfindən dəf edilərək, ötən illər ərzində bir sıra
nailiyyətlərə imza atılmışdır.
Ötən dövr ərzində şəhidlərin
valideynlərinin müraciətlərini nəzərə alaraq,yaşadıqları küçələrə onların
adlarının verilməsi istiqamətində müvafiq qurumlara müraciətlər edilmiş, məsələ
müsbət həllini tapmışdır. Hər il dərs ilinin başlanması ərəfəsində şəhid və
qazi ailələrindən, eyni zamanda aztəminatlı ailələrdən olan şagirdlər bələdiyyənin
qəbul etdiyi qərara əsasən məktəbli forması ilə təmin edilir, həmçinin bir sıra
ailələrə maddi və ərzaq yardımları göstərilir.
Mütəmadi olaraq bələdiyyə binasında açıq qapı günləri elan
edilir, Milli Məclisin üzvü Səbinə Xasayeva və Rayon İcra Hakimiyyətinin
inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə birlikdə qəsəbə sakinləri ilə vətəndaş
qəbulları keçirilir, vətəndaşların fərdi və kollektiv şikayətləri dinlənilir, həli
ilə bağlı müəyyən addımlar atılıb.
Hər daim qəsəbənin inzibati ərazisində yaşayan və idman
yarışlarında fərqlənən gənclərimiz daim bələdiyyənin diqqət mərkəzindədir
7-11 iyun 2021-ci il tarixlərində Xocasən bələdiyyəsinin sədri
Nigar Məmmədova Azərbaycan Şəhər Bələdiyyələrinin
Milli Assosiasiyasınin nümayəndə heyətinin tərkibində Türkiyə Bələdiyyələr Birliyinin təşkçialtçılığı
ilə Ankara şəhərində keçirilmiş
konfransda iştirak etmiş, qardaş ölkənin
yerli özünüidarə qurumları ilə gələcəkdə sıx əməkdaşlıq və həyata keçirilməsi nəzərdə
tutulan layihələrin müzakirəsi aparılmış və görüşün davamı kimi qardaş ölkənin
nümayəndə heyəti ilə Bakı şəhərində növbəri görüş keçirilmiş, Türkiyə bələdiyyələrinin
təcrübələri oyrənilmişdir.
Ötən dövr ərzində Binəqədi Rayon icra Hakimiyyətinin təşəbbüsü
və Xocasən bələdiyyənin təşkilatçılığı
ilə əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar
Klinikası ilə birlikdə Binəqədi rayonunun Xocasən qəsəbəsində humanitar aksiya
həyata təşkil edilmişdir.
Xocəsən bələdiyyəsi tərəfindən hər il Müqəddəs Ramazan ayı ərəfəsində
ifttar süfrəsi təşkil edilir, həmçinin, Qurban bayramı münasibəti ilə qəsəbə ərazisində
yaşayan aztəminatlı ailələrə qurban payları verilir.
Hesabat dövründə bələdiyyə
və Binəqədi Rayon İcra Hakimiyyətinin qarşılıqlı fəaliyyəti nəticəsində qəsəbənin
şəhidlərin adını daşıyan İsgəndər Dövlətli, Naiq Ələkbərov, Dinar Mustafayev, Sənan
Zamanov küçələrinə, Şollar, Qəhrəmanlar, Zirvə, Aprel Zəfəri 2-ci döngə küçələrinə
asfalt örtüyü döşənmiş,şəhid Sənan Zamanov, Turacli və Çingizxan küçələrində
kanalizasiya xətti çəkilərək, mərkəzləşdirilmiş kanalizasiya sisteminə
qoşulmuşdur və Qəsəbənin 3 küçəsinin su təchizatı təmin edilmişdir.
Hesabat dövrünün hər bir ilində, xüsusəndə “Yaşil dünya naminə həmrəylik ilində”qəsəbədə ekoloji vəziyyətin yaxşılaşdırılması,
yaşıllıqların artırılması məqsədilə yaz və payız ağacəkmə kampaniyası çərçivəsində
hər il qəsəbə ərazisində iqlim və relyef şəraitinə uyğun müxtəlif cinsli
ağaclar əkilmişdir. Belə ki, hesabat illərində RİH və bələdiyyə tərəfindən
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Zəfər günü münasibətilə
qəsəbənin müxtəlif ünvanlarında yaşıllıq zonaları salınmışdır.
Sevindirici haldır ki, uzun müddət adsız olan 300-ə yaxın
küçəyə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən adlar verilmiş, küçə
adlarını əks etdirən lövhələr hazırlanaraq, bələdiyyəyə təqdim edilmişdir. Bələdiyyə
işçiləri tərəfindən küçə lövhələrinin vurulması işləri aparılır.
Xocəsən bələdiyyəsinin inzibati ərazisində
sanitariya-gigiyena qaydalarına uyğun olaraq, məişət tullantılarının müvəqqəti
saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi daim diqqət mərkəzində
saxlanılır.
Fəaliyyətimizin bundan sonrakı mərhələsində də əsas istiqamətimiz vətəndaş məmnunluğunu
təmin etmək, qəsəbənin sosial-iqtisadi və humanitar məsələlərində yaxından
iştirak edərək, müəyyən töhfələrimizi verməyə çalışacağıq. Bunun üçün isə ilk
növbədə bələdiyyənin maliyyə dayanıqlılığını təmin etməyə ehtiyac vardır. Bu
baxımdan qarşıdakı dövr ərzində maliyyə resurslarının ən mühüm hissəsini təşkil
edən yerli vergilərin daxilolmasının artırılması istiqamətində görülən işlər
davam etdiriləcəkdir.
Bu gün vətəndaşlarımıza göstərdiyimiz xidmətdə hər bir bələdiyyə
qulluqçusunun əməyi var.
Xocasən bələdiyyəsinin
fəaliyyətində əsas məqsəd yerli əhəmiyyətli
məsələləri həll etmək,qəsəbənin aztəminatlı ailələrinə dəstək olmaq, qəsəbənin
yaşıllaşdırılması və abadlaşdırılmasına çalışmaqdır .Bu səbəbdən də vətəndaşların
qəbulu, onların müraciətlərinə baxılması və həllinin təmin olunması daima diqqətimizdə
Nigar
Məmmədova
Binəqədi
rayonu Xocasən bələdiyyəsinin sədri
Mənbə: Meneviyyat.Az/