Bələdiyyədə daimi komissiyaların tərkibi müəyyən edildi
Bələdiyyədə daimi komissiyaların tərkibi müəyyən edildi
Suraxanı rayonu Hövsan bələdiyyəsinin növbəti iclası keçirilib. Bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyənin sədri Seymur Rəsulov iclasın gündəliyinə daxil olan məsələlər barəsində üzvləri məlumatlandırıb.
Sədr gündəlikdə bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyə təmsilçilərinə təhvil verilməsi üçün komissiyanın yaradılması məsələsinin müzakirə edilləcəyini və bələdiyyənin dörd daimi komissiyasına üzv və sədr seçilməsi məsələsinin olduğunu bildirdi.
Gündəlikdə olan məsələlər ətrafında hər bir üzv öz fikir və mülahizələrini bildirib. Ciddi fikir mübadiləsindən sonra yekdilliklə həm təhvil-təslim komissiyasının, həm də bələdiyyədə fəaliyyətdə olacaq dörd daim komisyasının tərkibi müzakirələrdən sonra səsə qoyularaq təsdiq edildi.
Əlavə edək ki, 17 nəfər üzvdən iclasda 16 nəfər iştirak edirdi.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/