BƏLƏDİYYƏ

Sumqayıt bələdiyyəsi daha bir layihəyə imza atıb

Sumqayıt bələdiyyəsi daha bir layihəyə imza atıb

Hər zaman sakinlərin rahatlıq və rifahını başlıca məqsədi hesab edən Sumqayıt bələdiyyəsi bu istiqamətdə işlərini davam etdirir. Şəhər sakinlərinin asudə vaxtlarını daha mənalı keçirmələri üçün bir sıra tədbirlər həyata keçirilir.

Belə ki, “Bələdiyyə parkı” ərazisində istirahət edən şəxslərin rahatlığının təmini üçün söhbətgah quraşdırılıb.

Göz oxşayan tərtibatda hazırlanmış söhbətgahda işıqlandırma sistemi çəkilib, masa və skamyalar quraşdırılıb. Bundan əlavə, park ərazisinə yeni çəkilən bulaq ərazinin memarlıq və tərtibatına öz töhfəsini verir.

Qeyd edək ki, Sumqayıt bələdiyyəsinin fəaliyyətinin əsas qayəsini təşkil edən vətəndaş məmnuniyyətinin artırılması üçün bu tipli tədbirlər davam etdiriləcək

 Sumqayıt bələdiyyəsi 

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir