BƏLƏDİYYƏ

Balaşirin Nəsirov: “Bələdiyyəmiz bu artım faizinin hesabına şəhər  bələdiyyələri arasında  üçüncü yeri tutub”

Balaşirin Nəsirov: “Bələdiyyəmiz bu artım faizinin hesabına şəhər  bələdiyyələri arasında  üçüncü yeri tutub”

“Ölkəmizdə
həyata keçirilən layihələrə az da olsa, Lerik bələdiyyəsi olaraq, bizdə öz töhfəmizi
verməyə çalışırıq.”- bu fikirləri Lerik rayon bələdiyyəsinin sədri Balaşirin Nəsirov
bildirib.

Sədr
qeyd edib ki,  cari ildə Lerik bələdiyyəsinin
vergi xidməti orqanının sistemli  fəalyyəti
sayəsində büdcə gəlirlərində 2.6 dəfə artım müşahidə olunub.

2023-cü
ildə bələdiyyənin büdcə gəlirlərinin həcmi  cəmi 6542  manat  təşkil
etmişdirsə, bu rəqəm cari ildə 16664 manat təşkil edib. Əgər ötən il əmlak
vergisindən 244 manat, torpaq vergisindən isə 80 manat, torpaq satışından 6.216
manat əldə edilmişdisə, cari ildə əmlak vergisindən  608 manat, torpaq vergisindən 246  manat, torpaq satışından 15.810 manat  təşkil edib. Bələdiyyəmiz məhz bu artım
faizinin hesabına şəhər  bələdiyyələri
arasında  üçüncü yeri tutub.

BAMS-ın
Əmlak  Məsələləri Dövlət Xidmətinin məlumat
sisteminə inteqarsiya edilməsi  bələdiyyəyə
əlavə stimul verib.

Sədr  qeyd edib ki,  büdcə gəlirlərinin artımının hesabına şəhər ərazisində  bələdiyyə tərəfindən həyata keçirilən layihələrin
həm həcmi artıb.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir