BƏLƏDİYYƏ

Təmraz Tağıyev: “Son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etməsi yolverilməzdir”

Təmraz Tağıyev: “Son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etməsi yolverilməzdir”

“Dövlətimiz qazi və şəhid ailələrinin qayğılarını daim diqqət mərkəzində saxlayır. Qeyd edilməlidir ki, onların sosial rifahının daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi layihələrə bələdiyyələrdə öz töhfəsini verməkdədir”- bu fikirləri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib. 

“Dunən Nərimanov bələdiyyəsində  Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin xanımı, Nərimanov Bələdiyyəsinin “Vergi, rüsum və ödənişlər” şöbəsinin müdir müavini Nazilə Nudirəliyevanın və oğlu Ömər Nudirəliyevin, eyni zamanda Vətən müharibəsi şəhidi Ələddin Səidovun atası, Nərimanov Bələdiyyəsinin “Sosial inkişaf və xidmət” şöbəsinin müdir müavini Azər Səidovun doğum günü qeyd edilib. Doğum günlərini qeyd etdiyimiz hər bir şəhid ailəlsinin üzvlərinə  bələdiyyə adından sağlam ömür, şəxsi həyatlarında və işlərində müvəffəqiyyət arzu etdik.”- deyən Təmraz Tağıyev bildirib ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü  Nərimanov bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilməkdədir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.

Ancaq son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etdiyindən təəsüflənən Təmraz Tağıyev  bu cür halların arzuedilməz olduğunu bildirib.

Bələdiyyə sədri onu da qeyd edib ki, öz hüquqlarının təminatında hansısa problemlə üzləşən hər bir qazi bununla bağlı əlaqədar dövlət orqanlarına və yaşadığı ərazinin bələdiyyə orqanına müraciət etməli, onu narahat edən məsələnin qanuni müstəvidə araşdırılmasına nail olmalıdır. 

Təəssüflər olsun ki, bəzən heç bir əsas olmadan özünü qazi kimi təqdim edən, müxtəlif dövlət qurumlarına və bələdiyyələrə qarşı qanunsuz tələblərlə çıxış edən insanlara da rast gəlinir. Cəmiyyəti aldadan, eyni zamanda, dövlətin bu istiqamətdə gördüyü işlərə kölgə salan bu şəxslər belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya onlar qazi olsa da, dövlət diqqətindən kənarda qalıblar.

Təəssüf ki, dünən qazi adından sui-istifadə edən şəxs A.K. (ad şərtidir) Nərimanov bələdiyyəsində ifşa edilərək hüquq-mühafizə orqanlarına təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, özünü qazi kimi təqdim edən şəxs 2021-ci ildən axtarışda imiş. Çevik və operativ hərəkət etdiklərinə görə 16-cı Polis bölməsinin əməkdaşlarına təşəkkürümüzü bildiririk.  

“Bu gün cəmiyyətdə qazilərin adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur”- deyən Təmraz Tağıyev vurğulayıb ki, uğura gedən yolumuz birliyimizdən, həmrəyliyimizdən keçir. Odur ki,  qazilərimiz bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir