BƏLƏDİYYƏ

Orxan Adıgözəlzadə yenidən bələdiyyə sədri seçilib

Orxan Adıgözəlzadə yenidən bələdiyyə sədri seçilib

Sumqayıt Bələdiyyəsində yanvarın 29-da keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyənin ilk iclası baş tutub.

Səsvermə nəticəsində Orxan Adıgözəlzadə sədr seçilib. O bundan əvvəl həmin vəzifəni icra edib.

Birinci müavin vəzifəsinə isə əvvəlki beşillikdə də müavin postunu tutan Nərmin Mehdiyeva seçilib.

Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük “Vətən müharibəsi” iştirakçısıdır. O, “Şuşanın azad olunmasına görə,” Xocavəndin azad olunmasına görə”,” Füzulinin azad olunmasına görə “,” Zəfər ” və” Vətən müharibəsi iştirakçısı “medalları ilə təltif edilib.

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir