BƏLƏDİYYƏ

Habil Həmidov: “Bizi qarşıda ciddi layihələrin icrası gözləyir, ancaq …”

Habil Həmidov: “Bizi qarşıda ciddi layihələrin icrası gözləyir, ancaq …”


 Xəbər verdiyimiz kimi, Xəzər rayon Binə bələdiyyəsinin seçkidən sonra  ilk iclası kecirilib.  17 nəfər 
üzvü olan  Binə bələdiyyəsinə Habil
Həmidov yenidən rəhbərlik edəcək.

***

 Həmidov Habil Sabir oğlu  29
aprel 1971-ci ildə Lerik rayonunda anadan olub. 2009-cu ildə ABU-nin
Riyaziyyat-İnformatika ixtisası üzrə,  2021-ci ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi
üzrə ikinci ali təhsil alıb.

2009, 2014, 2019 və 2025- ci  illərdə Binə bələdiyyəsinin  üzvü seçilib. 2015-ci ilin yanvar ayından Binə
bələdiyyəsinin sədri vəzifəsində çalışır.

***

Binə bələdiyyəsi
əvvəlki beş il ərzində bir sıra çətinliklərlə üz-üzə qalsa da bütün hallarda vəziyyətdən
çıxış yolu taparaq bələdiyyənin secicilər arasında nüfuzunun artmasına
fəaliyyəti ilə nail ola bilib. Bəs növbəti beş il ərzində bələdiyyəni nə gozləyir?
Bələdiyyə sədri olaraq daha  hansı
layihələri icra etməyi planlaşdırır?

Məsələyə münasibət bildirən Xəzər rayonu Binə bələdiyyəsinin  sədri Habil Həmidov Belediyye.infoya
açıqlamasında bildirib ki,  bələdiyyənin
bu gün  başlıca məqsədi dövlət tərəfindən
 əhalinin həyat səviyyəsinin və rifahının
yaxşılaşdırılmasına yönələn addımlara öz dəstəyinini göstərməkdir. Bununla
əlaqədar Binə bələdiyyəsi Xəzər RİH-in dəstəyi ilə  rayonda həyata keçirilən sistemli
iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə çalışır. Növbəti beş il ərzində
bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət
yetirmək və ən əsası real gəlir mənbələrini artırmağı  nəzərdə tuturuq. Bunun üçün  bələdiyyə tərəfindən dayanıqlı maliyyə
mənbəyini yaratmaq niyyətimiz də var.

Bununla
yanaşı növbəti illərdə əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi
ödəyicilərinə mövcüd qanunlar barədə məlumatlar verilməsi, bələdiyyə-vətəndaş münasibətlərinin
tənzimlənməsi üçün addımların atılması qərara alınıb. Seçicilərlə görüşlərin
təşkili, əldə etdiyimiz vəsaitin hara xərclənməsi barədə məlumatların verilməsi
görüləcək işlər sırasındadır. Ən əsas vəzifələrdən biri də bələdiyyənin gəlirlərinin
artırılması üçün bütün qüvvələrin səfərbər edilməsidir

Bizi qarşıda ciddi
layihələrin icrası gözləyir. Ancaq həyata keçirmək istədiyimiz layihələrin hər
biri maliyyə vəsaiti tələb edir. Təəssüf ki, ərazimizdə olan mülkiyyətin 60 faizindən
çox hissəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması ucbatından vergi
yığımında çətinliyimiz yaranır.

Bir faktı qeyd
edək ki, son beş il ərzində əmlak vergisnin yığımında ciddi irəliləyişə nail
olmuşurq. 2024-cü il ərzində bələdiyyə büdcəsinə 186.724 manat gəlir daxil
olmuşdurki, bu da 2020 – ci illə müqayisədə 
40 faizə yaxın artıq deməkdir.

BAMS-ın Əmlak
Məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiya edilməsi nəticə
etibari ilə büdcə gəlirlərinə müsbət təsir 
edib. Lakin ərazimizdə əmlakın kifayət qədər hissəsinin sənədinin
olmaması bələdiyyənin fəaliyyətinə ciddi problem yaratmaqdadır.

Vətəndaşları
bələdiyyə inamı yüksəkdir.  Belə ki,  il ərzində vətəndaşlardan  bələdiyyəyə 1925 müraciət daxil olmuş və
müraciətdə qeyd  olunan məsələlər araşdırılaraq həlli istiqamətində
müvafiq tədbirlər görülmüşdür. Vətəndaşların müraciətləri ilə bağlı bələdiyyədə
onlara hüquqi yardım göstərilməsi də həyata keçirilir.

İnanmaq
istərdik ki, cari ildə müvafiq mərkəzi icra orqanları bələdiyyələrin üzləşdiyi
problemlərin həllinə ciddi şəkildə dəstək vermiş olsalar, biz də yerli özünüidarə
orqanı olaraq vətəndaşların qaldırğı pöroblemlərin həllini sürətləndirə
bilərik.

 Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir