TÜRK DÜNYASI

Türkiyənin yeni “Bulud” PUA-sı – VİDEO

Türkiyənin “Havelsan” şirkəti yeni PUA-nı – “Bulud”u təqdim edib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Adıçəkilən PUA tələb olunan sınaqlardan uğurla keçərək Türkiyə ordusunun və polisinin inventarına götürülüb.

Bildirilib ki, “Bulud” daxili mühərriki sayəsində fasiləsiz olaraq 6 saat havada qalaraq kəşfiyyat və müşahidə apara bilir. Az yağış və qar şəraitində işləmə qabiliyyətinə malik olan PUA, sensorları və proqram təminatı sayəsində hər növ əməliyyat şəraitində tapşırıqları yerinə yetirir.

“Bulud” təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat bölgələrində aktiv şəkildə istifadə edilir. Beş kiloqramlıq yük daşıma qabiliyyətinə malik olan qurğu 80 kilometr məsafəyə qədər məlumatı paylaşa bilir. /axar.az/









Mənbə: Turkustan.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir