22 fevral 2025-ci il tarixində Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində BDM-in Gənclər Departamentinin və bir qrup BDM üzvlərinin iştirakı ilə iclas keçirildi.
bdmxeber.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspor Mərkəzinin sədrinin birinci müavini, Dr. Ceyhun Şakiroğlu, gəncləri və üzvləri salamlayaraq, BDM-in Gənclər Departamentinin 2025-ci ildə həyata keçirəcəyi fəaliyyət proqramı haqqında geniş məlumat verdi.
Çıxış edən Ceyhun Ağayev vurğuladı ki, təşkilatın əsas məqsədlərindən biri Gənclər Departamentinin fəaliyyətini gücləndirmək, gənclərin potensialından səmərəli istifadə etməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
BDM-in Gənclər Departamentinin rəhbəri Ramal İsmayılov da çıxış edərək, departamentin tələbə və gənclərlə işini sistemli şəkildə qurduğunu, sosial media vasitəsilə və müxtəlif tədbirlər təşkil edərək gənclərin maarifləndirilməsinə töhfə verdiklərini qeyd etdi. O, bu işdə ona yaxından dəstək olan Ömər Abdullayev, Miri Miriyev və digər fəal gənclərə təşəkkürünü bildirdi.
Görüşün sonunda Ceyhun Ağayev Gənclər Departamentinin fəaliyyət proqramı və qarşıya qoyulan vəzifələr barədə geniş məruzə ilə çıxış etdi. İclasda qərara alındı ki, qısa müddət ərzində departament sosial media vasitəsilə xaricdə yaşayan tələbə və gənclərlə əlaqələr qurmalı, onların fəaliyyətini bdmxeber.az saytında işıqlandırmalı, eyni zamanda, Bakı şəhərinin müxtəlif yerlərində sosial sorğuların keçirilməsi istiqamətində işlərə başlanılmalıdır.