Hövsan bələdiyyəsində ilk bələdiyyə iclası keçirilib: sədr və müavin seçilib
Hövsan bələdiyyəsində ilk bələdiyyə iclası keçirilib: sədr və müavin seçilib
Hövsan bələdiyyəsində ilk bələdiyyə iclası keçirilib: sədr və müavin seçilib.
Bələdiyyənin ilk iclasında bələdiyyəyə seçilmiş 17 bələdiyyə üzvlərindən 17 nəfər də iştirak etmişdir.
Qanunvericiliyə uyğun olaraq bələdiyyənin ilk iclasında bələdiyyə sədri və katibi seçilənədək iclasa bələdiyyənin ən yaşlı üzvü Əliyev Sənan İslam oğlu sədrlik etmişdir. İclasın sədri Əliyev Sənan İslam oğlu çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən Suraxanı rayonunun Hövsan bələdiyyəsinə üzv seçilmiş şəxslərin siyahısını təqdim etdi. Gündəlikdə bələdiyyə sədrinin, sədr müavinlərinin və katibin seçilməsi, habelə bələdiyyə əmlakının və sənədlərinin yeni seçilmiş bələdiyyəyə təhvil verilməsi üçün komissiyanın yaradılması məsələsi salındı. Rəsulov Seymur Dəmir oğlu Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri, İbrahimov Etibar Sultan oğlu və Məmmədov Faiq Tağı oğlu Suraxanı rayonunun Hövsan bələdiyyəsinin sədrinin müavinləri seçildilər.
İclasda Rəsulov Seymur Dəmir oğlu bələdiyyə üzvlərinə ona göstərdikləri etimada görə təşəkkürünü bildirib. Bizdə öz növbəmizdə Hövsan bələdiyyəsinin kollektivi adından Bələdiyyə sədri Rəsulov Seymur Dəmir oğlunu, İbrahimov Etibar Sultan oğlu və Məmmədov Faiq Tağı oğlunu təbrik edir , onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
Hovsan bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/