İDMAN

UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun baş tutacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq.

“Report”un məlumatına görə, günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçiriləcək.

“Real” evdə “Mançester Siti” ilə görüşəcək.

“Borussiya” doğma meydanda “Sportinq”i, PSJ isə Liqa 1-in digər təmsilçisi “Brest”i qəbul edəcək. “Yuventus” səfərdə PSV-nin qonağı olacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

19 fevral

21:45. “Borussiya” (Almaniya, Dortmund) – “Sportinq” (Portuqaliya)

İlk oyun – 3:0

00:00. PSJ (Fransa) – Brest (Fransa)

İlk oyun – 3:0

00:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 3:2

00:00. PSV (Niderland) – “Yuventus” (İtaliya)

İlk oyun – 1:2

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir