BƏLƏDİYYƏ

Bu rayon bələdiyyələrinin  illik büdcəsi 550 min manata yaxın olsa da…CİDDİ  

Bu rayon bələdiyyələrinin  illik büdcəsi 550 min manata yaxın olsa da…CİDDİ  

Oğuz rayonunda
ilk seçkilərdə 31, 2009-cu il seçkilərindən sonra 15, sonuncu seçkilərdə isə 6 bələdiyyənin
formalaşdırılması qərara alınıb.  Rayon
müəyən mənada büdcəyə yük olmasa da hər halda birləşdirməyə düşməli olan rayonlar
sırasındadır.

Mövcud
15 bələdiyyənin 2023-cü ildə  illik büdcəsi
550 min manata yaxın olsa da heç birinin fəaliyyəti nə  hiss edilmir, nə də təbliğ olunmur. Əvvəllər Oğuz
şəhər bələdiyyəsi müəyyən mənada fəaliyyətini aktivləşdirməyə çalışsa da, son
illərdə nədənsə passivlik hiss edilməkdədir.

Bildiyim
qədər rayonda icra–bələdiyyə münasibətləri normal səviyyədə qurulduğundan mediada
hər hansı neqativ barədə məlumat paylaşılmır.  

Hər
halda Oğuz RİH-in istər əvvəlki, istərsə də  indiki  rəhbərliyi bələdiyyələrə qarşı müəyyən mənada
pozitiv münasibət göstərməsi  də
faktdır.  Lakin münasibət elə olmalıdır
ki, bələdiyyələrin həm ictimai nüfuzu,  həm
də fəaliyyətinə müsbət təsir göstərmiş olsun.

Hər
halda ümid edək ki, bu seçkilərdən sonra formalaşacaq  yeni tərkiblə Oğuz bələdiyyələri daha böyük
uğura imza atmaqla mövcud problemləri də həll etmiş olacaqlar.

Nə isə…

Belediyye.info

Mənbə: Meneviyyat.Az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir