DÜNYA

Aİ-nin yeni sanksiyalar paketinə bəzi aeroportlar və limanlarla əməliyyatlara qadağa daxildir

Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 16-cı sanksiya paketi çərçivəsində bəzi aeroportlar və limanlarla əməliyyatlara qadağa qoyulmasını razılaşdırıblar.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Yeni paket çərçivəsində digər tədbirlərə mövcud məhdudiyyətlərdən yan keçmək üçün istifadə olunan bəzi limanlar və hava limanları ilə tranzaksiyalara qadağa qoyulması daxildir”, – məlumatda qeyd olunub.

Tədbirlərin yekun təsdiqi gələn həftəyə planlaşdırılıb.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir