DÜNYA

Qazaxıstanda 7 mədənçi uçmuş şaxtanın altında qalıb – YENİLƏNİB

Qazaxıstanın Ulıtau vilayətində uçmuş şaxtada dağıntıların təmizlənməsi zamanı xilasedicilər altı mədənçinin meyitini aşkar ediblər, daha birinin axtarışı davam edir.

“Report” xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Axtarış-xilasetmə işləri zamanı xilasedicilər qrupu “Kazaxmıs” MMC-nin altı əməkdaşının meyitini aşkar edib. Onların kimliyi müəyyənləşdirilir. Hazırda hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində təhqiqat aparılır. Yeddinci şəxsin axtarışı davam edir”, – məlumatda qeyd olunub.

21:26

Qazaxıstanın Ulıtau vilayətindəki Jomart mədənində qaya uçması baş verib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə mədənlərin işlənməsi ilə məşğul olan “Kazaxmıs” şirkətlər qrupu məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb.

Şirkət qeyd edib ki, hazırda hadisə yerində təcili xilasetmə işləri aparılır. Qazaxıstanda 7 şaxtaçı dağılmış mədəndə qalıb

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir